ELM VƏ TƏHSİL


ADU-da TKT təliminin iştirakçılarına sertifikatlar verilib

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Dil və tərcümə xidmətləri mərkəzində Avrasiya Universitetinin Tərcümə kafedrasının bir qrup ingilis dili müəllimi üçün təşkil olunmuş TKT (Teaching Knowledge Test) təlimi yekunlaşıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, təlimin sonunda iştirakçılara universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, TKT təlimində iştirakçılar, ilk növbədə, ixtisas biliklərini artırırlar. Bu təlim müəllim peşəsinə başlayanlar üçün çox gərəklidir. Belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir. Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.