ELM VƏ TƏHSİL


İnklüziv iqtisadi inkişaf indikatorları işlənilir

Bakı, 17 iyul, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda inklüziv iqtisadi inkişaf indikatorları işlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə keçirilən növbəti elmi seminarda şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məlumat verib.

Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalaşdırılması, eləcə də ölkədə inklüzivlik səviyyəsinə təsir edən amillər haqqında məlumat verən Ə.Əliyev bildirib ki, müasir dövrün cəmiyyəti və ona uyğun iqtisadiyyat inklüzivlik səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf etdirilməlidir. İnklüzivlik səviyyəsinin tənzimlənməsi üçün regional və sektorial aspektdə qiymətləndirmələr aparılmalı və təhlillər edilməli, eləcə də müvafiq analiz indikatorları və metodikaları işlənilməlidir. İnklüzivlik səviyyəsinə təsir edən amillər kompleks şəkildə araşdırılmalıdır. Burada qanunvericilik aspektində inzibati mexanizmlərdən, təşkilati effektiv tədbirlərdən və müvafiq müasir proqram, aparat-texniki vasitə və texnologiyalardan kompleks şəkildə istifadə olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.