REGİONLAR


Böyük mütəfəkkir İmadəddin Nəsimiyə həsr edilən ədəbi-bədii gecə maraqla qarşılanıb

Ağsu, 17 iyul, AZƏRTAC 

Ağsu rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə ən iri yaşayış məntəqələrindən olan Bico kəndindəki sənətkarlıq evində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr edilən ədəbi-bədii gecə keçirilib. Gecədə rayon ziyalıları, nəsimisevərlər, yazarlar, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, gecədəki çıxışlarda İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu ilin “Nəsimi ili” elan olunması diqqətə çatdırılıb, rayonda bununla əlaqədar keçirilən tədbirlərdən danışılıb.

Ədəbi-bədii gecədə dahi şairin şeirləri səsləndirilib, musiqiçilərin ifasında şeir və qəzəllərinə bəstələnən mahnı və muğamlar oxunub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Sənətkarlıq evinin qarşısında açılan dahi mütəfəkkirin əsərlərindən ibarət kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.