İDMAN


“Qarabağ” və “Partizani” komandalarının start heyətləri açıqlanıb

Bakı, 17 iyul, Nicat Məmmədov, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Qarabağ” - “Partizani” oyunu cavab qarşılaşması üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində 11-likdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Araz Abdullayev və Xayme Romeo yer alıblar.

Qonaqların - “Partizani”nin heyətində isə meydana Alban Hoca, Eqzon Belika, Erald Çinari, Yasir Asani, Bruno Teluşi, Esat Mala, Labinot İbrahimi, ErsinHakay, Uilyam Kordeyro, Eneo Bitri və Emmanuel Mensah çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun moldovalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandru Tyan yerinə yetirəcək.

Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.

Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.