İDMAN


“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb YENİLƏNİB

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub. Bu iki qol “Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti mərhələdə “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. “Partizani” avrokuboklarda mübarizəsini dayandırmır. Albaniya təmsilçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.