İDMAN


“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

Bakı, 18 iyul, AZƏRTAC

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, bu, İrlandiya “Dandolk”udur.

“Dandolk” I təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə “Dandolk” daha dəqiq olub - 5:4.

“Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.