DÜNYA


Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçirilir

Tokio, 21 iyul, AZƏRTAC 

İyulun 21-də Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, ölkənin bütün ərazisində fəaliyyət göstərən seçki məntəqələri səhər saat 8-dən qapılarını seçicilərin üzünə açıb. Seçki məntəqələri bağlanan kimi, rəsmi nümayəndələr səslərin sayılmasına başlayacaqlar.

Bu seçkilərdə yuxarı palatadakı yerlərin yarısının taleyi həll olunacaq. Eyni zamanda, bu seçkilərin Baş Nazir Şinzo Abeyə münasibətdə ictimai rəyin barometri olacağı da bildirilir.

Seçkilər zamanı gündəlikdə olan əsas məsələlər Konstitusiyaya dəyişikliklər, istehlak vergisinin artırılması və dövlət pensiya sistemidir.

Seçkilər nəticəsində yuxarı palataya əlavə edilmiş 3 yer də daxil olmaqla, 124 deputat mandatının sahibi müəyyənləşəcək. Bu, hər bir seçicinin səsverməsi ilə bağlı uzun illər davam etmiş ədalətsizliyin aradan qaldırılması probleminin həllinə xidmət edir. Belə ki, əhalinin az miqdarda yerləşdiyi rayonlarda səslərin əhalinin daha sıx yaşadığı yerlərlə müqayisədə daha böyük əhəmiyyət kəsb etməsi ciddi narahatlıq doğururdu.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.