DÜNYA


Almazbek Atambayev ömürlük həbs cəzasına məhkum edilə bilər

Bişkek, 13 avqust, АZƏRTAC 

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev ağır cinayətlərdə günahlandırılaraq adam öldürmə maddəsi ilə təqsirli bilinir. Bunun üçün o, ömürlük həbs cəzasına məhkum edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş prokurorluğunun idarə rəisi Zamir Beyşekeev məlumat verib.

Onun sözlərinə görə, sabiq prezident son hadisələrlə bağlı kütləvi iğtişaşlar törətmək və hökumət qüvvələrinə güc tətbiq etmə maddələri ilə günahlandırılır.

Son ixtişaşlardan əvvəl Almazbek Atambayev korrupsiya və “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunurdu.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.