İDMAN


Bu gün UEFA Super Kubokunun final görüşü keçiriləcək

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasının qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Çelsi” 2018-2019-cu il mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə “Tottenhem”ən üstün olub (2:0).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.