ELM VƏ TƏHSİL


Demoqrafik inkişafın regional problemləri araşdırılır

Bakı, 14 avqust, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda demoqrafik inkişafın regional problemləri üzrə araşdırma aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlara əsasən, regional demoqrafik inkişafın davamlılığını müəyyənləşdirən amillər təhlil edilib, əhalinin artım tempinə görə regionların müqayisəsi aparılıb, onların davamlı demoqrafik inkişaf potensialı qiymətləndirilib, ölkə ərazisində məskunlaşma baxımından yüksək əlverişli olmayan ərazilər qeydə alınıb. Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.