CƏMİYYƏT


Paytaxtda oğurluqla məşğul olan şəxslər yaxalanıblar

Bakı, 14 avqust, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il fevralın 23-də Bakı şəhər sakini E.Həsənova məxsus “BMW” markalı avtomobildən 25 manat, qol saatı və 2 ədəd bankomat kartı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun iyunun 4-də Bakı şəhər sakini olan bir vətəndaşın cibindən 80 manat pul oğurlaması da müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları isə avqustun 7-də Bakı şəhər sakini olan bir qadının içərisində 140 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Məmmədovu saxlayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.