REGİONLAR


Mingəçevir və Lerikin bu əraziləri qazlaşdırılacaq

Bakı, 14 avqust, AZƏRTAC

Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq gələn həftənin birinci günündən Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq. Bundan başqa sakinlərin kollektiv müraciəti, eləcə də hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır. İşlərə avqust ayının sonlarında start verilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.