SİYASƏT


Azərbaycan səfirliyi Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya XİN-ə nota verib

Moskva, 15 avqust, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da Rusiyanın Pyatiqorsk şəhərində keçirilmiş “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın bu ölkədəki səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib. Bu, forumda iştirak edən “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və nəticədə xoşagəlməz insident baş verib.

Sabir Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.