DÜNYA


Bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti müddətində səkkiz uşaq anadan olub

Ər-Riyad, 15 avqust, AZƏRTAC

Bu il həcc ziyarəti müddətində Səudiyyə Ərəbistanın müqəddəs yerlərində 8 uşaq anadan olub.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, həcc ziyarəti günlərində müsəlman zəvvar qadınlar Məkkənin doğum evlərində 5 uşaq dünyaya gətiriblər. Bu uşaqlardan ikisi Ərafat, biri isə Minada doğulub.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub. Qvineyadan olan 23 yaşlı müsəlman qadın Maymuna Əli isə məşhur Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib və valideynlər ona Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd Salmanın şərəfinə Məhəmməd Salman adı veriblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.