DÜNYA


Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ baş verdi

Bakı, 18 avqust, AZƏRTAC

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində yerli vaxtla saat 9:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb. Daha əvvəl Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğu barədə məlumat verib. Jarkent şəhərində yeraltı təkan МSК-64 şkalası üzrə 5 bal gücündə, Taldıkurqan və Satı qəsəbəsində 2-3 bal gücündə hiss edilib. Zərərçəkənlər və dağıntı barədə məlumat daxil olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.