DÜNYA


Böyük Britaniya ABŞ-ın xahişini nəzərə almayaraq İran gəmisini azad edib

Tehran, 19 avqust, AZƏRTAC

Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın “Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.

O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib. Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək “Adrian Dara” qoyulub. ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib. Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.