İDMAN


Fransa çempionatı: “Paris Sen-Jermen” klubu ikinci turda məğlub olub

Bakı, 19 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən mövsümün çempionu “Paris Sen-Jermen” səfərdə “Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-ci dəqiqədə “Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.

Qeyd edək ki, “Paris Sen-Jermen” birinci turda “Nimes” klubunu məğlub etmişdi (3:0).

Növbəti turda “Paris Sen-Jemen” doğma meydanda “Tuluza” klubunu qəbul edəcək, “Renn” isə səfərdə “Strasburq”un qonağı olacaq.

Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.