İDMAN
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
Bakı, 19 avqust, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.
Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.
Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]