İQTİSADİYYAT


Azərbaycan cari ilin yeddi ayında Gürcüstana 116,4 min ton neft və neft məhsulları ixrac edib

Tbilisi, 19 avqust, AZƏRTAC

Azərbaycan Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının həcmini artırıb. Cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 116 min 447,3 ton neft və neft məhsulları idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumatda deyilir ki, Azərbaycanın Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının ümumi dəyəri 64 milyon 186,7 min ABŞ dolları təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 min 623,2 ton və ya 22 faiz, dəyər baxımından isə 10,7 faiz çoxdur.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 57 milyon 977,9 min dollar dəyərində 94 min 824,1 ton neft və neft məhsulları idxal edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.