ELM VƏ TƏHSİL


Yüksək bal toplayan gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçib

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ili üzrə qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında 660 bal toplayan Elcan Səlimli ali təhsil müəssisəsinin Şəki filialını seçib. O, universitetdə xarici dil (ingilis dili) müəllimliyi ixtisasına qəbul olunub.

Elcan Səlimli orta məktəbi əla qiymətlərlə başa vurub. O, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bu il qızıl medalla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.