ELM VƏ TƏHSİL


Yüksək bal toplayan çoxlu sayda abituriyent müəllim peşəsini seçib

Bakı, 19 avqust, AZƏRTAC

Bu il çoxlu sayda abituriyent qəbul imtahanı zamanı 500 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Masallı rayonunun Miyankü kəndindən Şahin Rzayev 585 bal, Bakıdan Şəlalə Eyvazlı 545 bal, Bərdə rayonunun Gərənə kəndindən Aytac Həsənli 542 bal, Sumqayıtdan Nuranə Qəribova 539 bal, Bakıdan Nərmin Qürbətova 531 bal, Sabirabad rayonunun Güdəcühür kəndindən Ziba Səmidova 526 bal, Masallı rayonunun Alışanlı kəndindən Zeynəb Həsənzadə 504 bal toplayaraq ADPU-ya qəbul olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.