CƏMİYYƏT


DST Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb

Bakı, 20 avqust, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST) Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb.

AZƏRTAC bu barədə “Euronews”a istinadla xəbər verir.

Bu yoluxucu xəstəlikdən qorunmağa MMR vaksini kömək edir: iynənin biri uşağa bir yaşı tamam olanda, digəri isə məktəbə getməzdən əvvəl vurulur. Lakin britaniyalı uşaqların zəruri olan 95 faizə qarşı yalnız 87 faizi vaksinin ikinci dozasını alır. İngiltərədə hər yeddi uşaqdan biri tam immunizasiya mərhələsini keçmir. Şotlandiya, Uels və Şimali İrlandiyada vəziyyət bir az yaxşıdır, lakin lazımi səviyyəyə çatmır.

Böyük Britaniyada qızılca problemini cəmi üç il bundan əvvəl həll ediblər. Lakin azalan immunizasiya fonunda qızılca yenidən qayıdıb: 2019-cu ilin birinci rübündə xəstəliyə yoluxmanın 231 halı klinik olaraq təsdiqlənib.

Böyük Britaniyanın Baş Naziri Boris Conson britaniyalıların qızılcadan müdafiə olunmaları üçün təxirəsalınmaz tədbirlərin görülməsinə sərəncam verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.