DÜNYA


Ceyms Bond haqqında yeni filmin adı açıqlanıb

Bakı, 20 avqust, AZƏRTAC

Britaniya kəşfiyyatının agenti Ceyms Bond haqqında 25-ci film “No time to die” (“Ölmək vaxtı deyil”) adlanacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “agent 007” rolunda Deniel Kreyq çəkilib. Bundan başqa, yeni filmin Böyük Britaniya və ABŞ-da premyerasının 2020-ci il aprelin 3-də və 8-də baş tutacağı bildirilir.

Bu ilin aprelində məlum olmuşdu ki, “Bondiananın” 25-ci seriyasında Deniel Kreyqlə yanaşı, amerikalı aktyor Rami Malek, fransalı aktrisa Lea Seydu, həmçinin britaniyalılar Reyf Fayns və Ben Uişou çəkilirlər. Filmdə, həmçinin Bondun istefası ilə bağlı Mi-6-nın yeni agenti də peyda olacaq. Onu britaniyalı aktrisa Laşana Linc canlandıracaq. Yeni filmin adı bütün bu müddət ərzində gizli saxlanılırdı.

“Bondiananın” birinci filminin premyerası 1962-ci il oktyabrın 8-də Londonda olub. Ceyms Bond haqqında filmlərin bütün çəkilişləri tarixində “agent 007”ni altı aktyor canlandırıb: Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.