MƏDƏNİYYƏT


Əməkdar artist Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək

Bakı, 21 avqust, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə müğənni xalq və bəstəkar mahnıları ifa edəcək. Qeyd edək ki, onun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az-dan onlayn şəkildə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.