DÜNYA


Yaponiyaya Koreya Respublikasından gələn turistlərin sayı kəskin azalıb

Tokio, 22 avqust, AZƏRTAC

Cari ilin iyulunda Yaponiyaya gələn əcnəbi turistlərin sayı artaraq rekord həddə çatsa da, iki ölkə arasında yaşanan gərginliyə görə Koreya Respublikasından gələnlərin sayı kəskin azalıb.

AZƏRTAC Yaponiya Milli Turizm Agentliyinə istinadla xəbər verir ki, ötən ay Yaponiyanı 2 milyon 991 min 200 əcnəbi turist ziyarət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,6 faiz çoxdur.

Hesabat dövründə Çindən gələn turistlərin sayı 19,5 faiz artaraq 1 milyon 50 min 500 nəfər təşkil edib. Bununla yanaşı, Cənubi koreyalı turistlərin sayı 561 min 700 nəfər olub ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 7,6 faiz azdır. Eyni zamanda, bu, bütün böyük ölkələrdən və regionlardan turist axınının ən kəskin azalmasıdır.

Koreya Respublikasından Yaponiyaya gələnlər ümumi turist axınının təqribən dörddəbirini təşkil edirlər. Bununla iki ölkə arasındakı münasibətlərdə davam edən gərginliyin Yaponiya turizm sənayesinə böyük zərbə vuracağı təhlükəsi yaranır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.