DÜNYA


Yaponiya Müdafiə Nazirliyi yeni qırıcı təyyarələrin hazırlanması üçün sorğu verməyi planlaşdırır

Tokio, 22 avqust, AZƏRTAC

Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ilində radarlar tərəfindən görünməyən yeni qırıcı təyyarələrin hazırlanması üçün büdcə sorğusu verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yayan Müdafiə Nazirliyi 2020-ci maliyyə ili üçün yeni qırıcı təyyarələrin hazırlanması məqsədilə konkret büdcə sorğusu vermək barədə qərar qəbul edildiyini bildirib. Yeni nəsil qırıcılar sayca 91-ci olan və hazırda özünümüdafiə qüvvələrinin arsenalında dayanan F-2 təyyarələrini əvəz edəcək. 2000-ci ildən istifadə edilən F-2 qırıcılarının 2030-cu ildə istismardan çıxarılması nəzərdə tutulur.

Hökumət beşillik aralıq müdafiə proqramında Yaponiyanın başçılığı ilə yeni qırıcı təyyarələrin hazırlanmasını qeyd edib. Bu layihəyə başqa ölkələrin də qoşulması mümkündür.

Müdafiə Nazirliyi ABŞ və Böyük Britaniya ilə birlikdə həllərin mümkünlüyünü araşdırsa da, hələlik yapon müdafiə sektorunun həmin layihədə iştirakının detallarını açıqlamır. Buna görə də nazirlikdən bildirilir ki, büdcə sorğusuna qırıcı təyyarələr üçün hissələr, xüsusən də Yaponiyanın ayrılıqda hazırlanacaq füzelyaj istehsalı daxil ediləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.