DÜNYA


Tokioda keçiriləcək Paralimpiya Oyunları üçün biletlərin satışı saytı fəaliyyətə başlayıb

Tokio, 22 avqust, AZƏRTAC

Avqustun 22-də səhər “Tokio 2020” Paralimpiya Oyunlarının təşkilat komitəsi bu yarışlar üçün biletlərin satışı məqsədilə onlayn müraciətlərin qəbuluna başlayıb.

AZƏRTAC xəbər verir ki, həmin yarışlara biletlər lotereyanın köməyilə satılacaq. Bilet əldə etmək istəyənlər qeydiyyatdan keçərək özlərinin “Tokyo 2020 ID” identifikasiya nömrələrini əldə edəcəklər. Məlumata görə, avqustun 1-dək 7 milyon 600 min nəfər qeydiyyatdan keçib.

Paralimpiadaya bilet üçün müraciət sentyabrın 9-u saat 11:59-dək qəbul ediləcək. Lotereyanın nəticələri isə oktyabrın 2-də elan olunacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.