Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Kənd kooperativlərinə dövlət dəstəyi göstərilir

Bakı, 22 avqust, AZƏRTAC

Kənd təsərrüfatı sahəsində kooperativləşmə hərəkatının ərəfəsindəyik. Artıq ilk “pionerlər” var, ötən ilin oktyabrında “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsaslanaraq Sabirabad rayonun Yaxadəllək-Beşdəli kəndlərinin ərazisində 133 ailə könüllü “Birlik İstehsal Kooperativi”ni təsis ediblər. Bu ilin martında isə rayonda ikinci - 231 ailənin birləşdiyi “Axıskalılar toxum istehsal kooperativi” yaradılıb. Aqrar sektorun indiki mərhələsində kənd kooperativləri xırda pay torpaqlarının konsolidasiyasına nail olmaqla istehsaldakı pərakəndəliyin aradan qaldırılmasına, məhsuldarlığı artırmaqla kənd əhalisinin iqtisadi maraqlarının qorumasına imkan yaradacaq. Ümumiyyətlə, kooperasiyaların qarşısında duran hədəflər istehsalın səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması, mexanikləşdirməyə nail olmaq, innovativ texnologiyaları tətbiq etməklə xarici bazarlara çıxış əldə etməkdən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilk təcrübələr olduğu üçün kooperativ üzvlərinin bir sıra dəstəklərə, xüsusən xarici təcrübələrin yaxından öyrənilməsinə, təlim və maarifləndirməyə böyük ehtiyacları var. Bu ehtiyacı öyrənmək, gələcəkdə təcrübi layihələrin həyata keçirilməsi məqsədilə bu günlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəvəti ilə ölkəmizdə səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Koreya Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ilə birgə Sabirabadın Yaxadəllək, eləcə də Axıska kəndərində olaraq, kooperativ üzvləri ilə görüş keçirilib, kooperativlərin inkişafı məsələləri geniş müzakirə olunub. Kooperasiyaların fəaliyyətinə hərtərəfli dəstək vermək niyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının - Aqrar Xidmətlər Agentliyinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşları da kooperasiya üzvləri ilə müzakirələr aparıblar.

Görüşdə istehsal planlarının hazırlanması, əkin strukturunun qurulması, becərmə dövründə elmi-informasiya təminatının göstərilməsi, torpaqların aqrokimyəvi analizlərinin aparılması, güzəştli texnika, gübrə təminatı göstəriləcəyi diqqətə çatdırılıb. İstehsalın təşkili ilə bağlı çoxsaylı dəstəklərin göstəriləcəyi ilə bağlı səsləndirilmiş fikirlər kənd sakinləri tərəfindən müsbət qarşılanıb.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Heydər Yaqubov bildirib ki, rayonda iki kooperativin yaradılması digər istehsalçılar arasında da xüsusi fəallığa səbəb olub. Xırda pay torpaqlarının səmərəli idarə olunmamasından əziyyət çəkən digər kəndlilər də birlik modellərinin yaradılması istiqamətində müzakirələr aparıblar.

Qonaqlar ötən əsrin əvvəllərindən başlayaraq kənd kooperasiyalarının yaradılmasında böyük təcrübə qazanmış Koreyada əldə olunmuş nailiyyətlər haqqında danışaraq, elmi-iqtisadi məsləhətlərini veriblər. “Cənubi Koreyada ilk kooperativ 1907-ci ildə qurulmuş, bu illər ərzində birgə iqtisadi fəaliyyət xeyli təkmilləşmiş, bitkiçilik, istehsal, təchizat, balıqçılıq, kredit, satış, marketinq istiqamətləri üzrə ixtisaslaşmış və iri federasiyalarda təşkilatlanmışlar. Hər bir federasiya öz çətiri altında 300-dən çox kəndli kooperativlərini birləşdirir. 1961-ci ildən növbəti mərhələyə qədəm qoymuş kooperativləşmə hərəkatı nəticəsində bu gün büdcə göstəriciləri 50 milyard ABŞ dollarını ötüb və dünyanın ən böyük üçüncü “kooperativ ölkəsi” statusunu qazanmışıq. Misal üçün, təkcə istehlak kooperativlərinin sayı 391, büdcəsi isə 518 milyon ABŞ dollarıdır. Baxmayaraq ki, bizim ölkədə fermerə düşən əkin torpağı maksimum 1 hektardır, lakin səmərəli birgə fəaliyyətin qurulması uğurlu nəticələr qazanmağa imkan verib. Əsas məsələ odur ki, torpaq adamları rasional təşəbbüslər ətrafında birləşməli, hər şeyi dövlətdən və ya kimlərdənsə gözləməməli, strateji baxışa sahib olmalıdırlar”, - deyə kiçik, orta, iri kooperativlərdə dəyər zəncirinin təhlili üzrə beynəlxalq ekspert Çanho Çoi bildirib.

Kooperativlərlə bağlı texnoloji transformasiyalar üzrə ekspert Jingon Ahn, layihələr üzrə menecer Sunq Kyunq sonda yerli fermerlərimizlə müzakirədə vacib addımlardan danışıblar. Aparılan müzakirələrin nəticəsi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) yeni yaranmış kooperasiyalarda təlim-maarifləndirmə, maliyyə-təəsərrüfat hesabatlılığı üzrə layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyiblər.

Koreyalı qonaqlar Yaxadəllək və Axıska kəndlərindən sonra Sabirabad DAİM-də də olub, mərkəzin göstərdiyi xidmətlərlə yaxından maraqlanıblar. 40-dan çox xidmətin bir məkanda təqdim olunması yüksək qiymətləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir