REGİONLAR


“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub

Naxçıvan, 23 avqust, AZƏRTAC

Mühüm strateji əhəmiyyət kəsb edən Naxçıvanda 27 il bundan öncə sərhədlərimizin mühafizəsini həyata keçirən Naxçıvan Sərhəd Dəstəsində Azərbaycanın üçrəngli bayrağı dalğalandırılıb. Hərbi hissəmizin keçmiş sovet sərhədçilərindən təhvil alınması və hərbi hissənin yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.

Mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev hərbi hissənin şəxsi heyətini təbrik edərək bildirib ki, Ulu Öndər 1992-ci il sentyabrın 29-da hərbi hissədə ilk andiçmə mərasimi keçirilərkən Azərbaycan Respublikasında Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlandığını bəyan edib.

Diviziya komandiri qeyd edib ki, ötən dövr ərzində hərbi hissənin ərazisində geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, maddi-texniki bazanın yaxşılaşdırılması sahəsində əhəmiyyətli dəyişikliyə nail olunub, hərbi hissə ən müasir silahlar, hərbi texnika və radiorabitə sistemi ilə təchiz edilib.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara vaxtından əvvəl hərbi rütbələr verilib, bir qrup hərbçi fəxri fərman, təşəkkür, pul mükafatı və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.