DÜNYA


Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir

Berlin, 23 avqust, AZƏRTAC

Almaniya federal hökumətinin antisemitizmə qarşı mübarizə üzrə müvəkkili Feliks Klyayn antisemitizmə qarşı mübarizə və Avropa həyat tərzinin müdafiəsi üçün daimi komissiyanın yaradılması haqqında qərarı “antisemitizmə qarşı mübarizədə çox böyük əhəmiyyəti olan dönüş nöqtəsi adlandırıb”.

AZƏRTAC xəbər verir ki, komissiya həm federal, həm də əyalət səviyyəsində fəaliyyət göstərəcək. Bu qərar yəhudi icmaları liderlərinin federal Kansler Angela Merkel ilə görüşündən sonra hökumət tərəfindən qəbul edilib.

Klyaynın fikrincə, antisemitizmə qarşı mübarizə tədbirlərinin çoxu federal əyalətlərin səlahiyyətinə aiddir.

Antisemitizmə qarşı mübarizənin gücləndirilməsi zərurəti polis məlumatları statistikasının açıqlanmasından sonra yaranıb. Belə ki, məlumatlar Almaniyanın yəhudi əhalisi əleyhinə hücumların sayının artdığını göstərib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.