CƏMİYYƏT


İtaliyada 20 yaşlı gənc yaşadığı evin qarşısında bomba partladıb

Roma, 23 avqust, AZƏRTAC

İtaliyada 20 yaşlı gənc atası ilə mübahisə etdikdən sonra yaşadığı evin qarşısında bomba partladıb.

AZƏRTAC xəbər verir ki, Neapol şəhərində baş verən hadisə zamanı yaşayış binasına və həyətdəki dörd avtomobilə ciddi ziyan dəyib. Yoldan keçən avtomobilin 76 yaşlı sürücüsü yaralanıb.

Partlayışı törədən gənc qaçmağa cəhd göstərsə də, polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.