DÜNYA


Rusiyada şəhərdən regionlara köçənlərin sayı ilbəil artır

Bakı, 23 avqust, AZƏRTAC 

Moskvada şəhər mənzillərindən daimi yaşamaq üçün kotteclərə köçənlərin sayı son 10 ildə 35 faizə yüksəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla bildirir ki, Moskva ətrafında şəxsi mülk alan rusiyalıların sayında hər il 5 faiz artım müşahidə olunur.

Araşdırmalara görə, alıcıların 55 faizi kottecləri seçirlər. Şəhər kənarına gedənlərin sırasında yaşı 35-dək (40 faiz) olanlar və təqaüdçülər (20 faiz) üstünlük təşkil edir.

Maraqlıdır ki, şəhər kənarında daimi yaşamaq istəyən əhalinin qeyd edilən təbəqəsinin sayı artmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.