DÜNYA


Misirin “Zöhr” yatağından qaz hasilatı sutkada 2,7 milyard kubfuta çatıb

Qahirə, 23 avqust, AZƏRTAC

Misirin Aralıq dənizində yerləşən ən iri “Zöhr” qaz yatağından qaz hasilatı sutkada 2,7 milyard kubfuta çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın “Eni” neft-qaz konserni məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qaz yatağının yerləşdiyi ərazidə hasilat quyularının sayı 12-yə çatıb. Bildirilir ki, 2019-cu ilin sonu üçün “Zöhr” qaz yatağından hasilat sutkada 3,2 milyard kubfuta qədər çatacaq.

Xatırladaq ki, Misirin ən iri “Zöhr” qaz yatağı 2017-ci ilin dekabrında işlənilməyə başlanılıb və o vaxt qaz hasilatı sutkada сəmi 350 milyon kubfut təşkil edib, bu da indiki hasilatdan 8 dəfə azdır. “Zöhr” qaz yatağı İtaliyanın “Eni” (50 faiz), Rusiyanın “Rosneft” (30 faiz), Böyük Britaniyanın “BP” (10 faiz), Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala Petroleum” (10 faiz) və Misirin neft-qaz şirkətlərinin iştirak etdiyi konsorsium tərəfindən işlənilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.