DÜNYA


Biarritsdə G7 sammiti əleyhinə nümayişlər keçirilib

Biarrits, 25 avqust, AZƏRTAC

Biarrits şəhərində keçirilən G7 sammiti əleyhinə nümayişlər təşkil olunub. Sammitin ikinci günü üçün bir çox altermondialist (qloballaşma əleyhinə olanlar) və anti-G7 təşkilatları “portretlər yürüşü” etməyi planlaşdırıb.

Alternativ - G7 və “G7 Ez” (bask dilində “G7-yə yox deyək”) qrupları isə sammit əleyhinə Biarrits şəhəri yaxınlığında dinc nümayişlər planlaşdırsalar da, son anda onların ləğv edilməsi ilə bağlı kommunike yayıblar.

Alternativ-G7 qrupu kommunikedə təhlükəsizlik üçün həddən ziyadə polis cəlb olunduğunu göstərib. Bildirib ki, göstərilən şərtlər nümayiş iştirakçılarının təhlükəsizlik və fiziki toxunulmazlığını təmin etmir. Buna görə 7 məkanda nəzərdə tutulan nümayişlər ləğv olunur. Ancaq nümayişçilərin hüquqlarının pozulmasına qarşı digər aksiya keçiriləcəyi diqqətə çatdırılıb.

Avqustun 24-də G7 sammiti başlayanda keçirilən anti-sammit nümayişində 15 mindən çox aksiyaçı iştirak edib. Nümayiş zamanı 38 nəfər müvəqqəti saxlanılıb.

Həmin gün Bayonn şəhərində G7 sammiti əleyhinə keçirilən nümayiş zamanı polislə qarşıdurmada xəsarət alan olmasa da, polis nümayişçilərə qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Biarrits

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.