DÜNYA


İspaniyada təyyarə qəzasında 7 nəfər ölüb

Bakı, 26 avqust, AZƏRTAC

İspaniyanın Malyorka adasının üzərində helikopterlə kiçikmotorlu təyyarənin toqquşması nəticəsində 7 nəfərin həlak olduğu bildirilir. Qəza qurbanlarının arasında iki azyaşlı da var.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, həlak olanlardan beş nəfəri helikopterin sərnişinləridir. Malyorka adasının daxil olduğu İspaniyanın Balearik adalarının regional hakimiyyətinin məlumatında deyilir ki, kiçikmotorlu təyyarədə ölən iki nəfər yerli sakinlərdir. Helikopterdə isə turistlər, o cümlədən İtaliya və Almaniya vətəndaşları olublar. Təyyarənin qalıqları yaxınlıqdakı kəndin evlərinə düşüb. İspaniya mülki Aviasiya Agentliyinin mütəxəssisləri ərazidə təhqiqat aparırlar.

İspaniyanın müvəqqəti hökumət başçısı Pedro Sançes həlak olanların ailələlərinə başsağlığı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.