CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsi yeni versiyada fəaliyyət göstərir

Bakı, 26 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı forma və məzmun cəhətdən yenilənib.

AZƏRTAC xəbər verir ki, veb səhifənin son versiyası müasir tələblərə daha da uyğunlaşdırılıb və nazirliyin fəaliyyətinin ictimaiyyətə əlçatan olması üçün sadə sistem qurulub. Saytda daha bir maraqlı yenilik isə səhifəyə daxil olarkən milli parklar, biomüxtəliflik və həyata keçirilən layihələrə dair videoçarxların nümayişidir.

Saytın yeni versiyasında “Instagram” bloqu, elektron poçt abunəlik sistemi, ekoradar funksiyası var.

Həmçinin saytın daha bir özəlliyi ondan ibarətdir ki, vətəndaşlar ekoloji pozuntularla bağlı çəkdikləri foto və videoları məxfilik qorunmaqla “ekoradar” bölməsində yerləşdirə bilərlər.

Bununla yanaşı, vətənimizin heyrətamiz təbiət mənzərələrini, milli parklarımızın misilsiz gözəlliklərini #azerbaijannature həştəqi altında veb səhifədə paylaşmaq mümkündür.

Yeni versiyada əhali öz elektron poçt ünvanını da daxil etməklə abunə olub nazirliyin gündəlik xəbərlərini əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.