İQTİSADİYYAT


İnnovativ təkliflərin sənaye sektorunda təşviqi müzakirə olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri” mövzusunda tədbir keçirib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbir innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi daşıyır.

İstanbul Texniki Universitetinin professoru Rafiq Mehdiyev “Yüksək performans və az yanacaqla çalışan prototip mühərrik modeli” layihəsini təqdim edib. Tədbirdə iştirak edən bir sıra müəssisələr layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Layihə 10 beynəlxalq patent alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.