İQTİSADİYYAT
Latviyalı diplomatlar yerli iş adamları ilə görüşəcəklər
Riqa, 11 sentyabr, AZƏRTAC
Latviyanı xarici ölkələrdə təmsil edən 30 diplomat sentyabrın 19-da Valmiera şəhərində toplaşaraq yerli iş adamları ilə görüşəcəklər. Azərbaycanda fəaliyyət göstərən diplomatın da iştirak edəcəyi görüşdə iş adamlarına həmin ölkələrdəki real layihələr və investisiya imkanları barədə məlumat veriləcək, qanunvericilik, ixrac imkanları izah olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Valmiera şəhər şurasının İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Laura Moça deyib.
İclasın əsas mövzularını vaxtında hazırlamaq üçün sahibkarlara qarşılaşdıqları problemləri yazıb təhvil vermək təklif olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]