CƏMİYYƏT


Bakıda keçirilən Beynəlxalq konqresdə qaraciyər transplantasiyası sahəsində təcrübədən danışılır

Bakı, 11 sentyabr, AZƏRTAC 

Bu gün Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb. Cəmiyyət hər il müxtəlif ölkədə belə konqreslər keçirir. Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub. Konqresin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə fikir mübadiləsi aparması və yeniliklərin tətbiqinə nail olmaqdır. Tədbirdə 20-dən çox ölkədən (Türkiyə, Rusiya, Avstraliya, ABŞ, İspaniya, Hollandiya və s.) mütəxəssislər iştirak edirlər. Üç gün ərzində cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı 150-yə yaxın mühazirə və elmi çıxış dinləniləcək, müzakirələr aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu konqresin sədri, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, professor Rauf Ağayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan 1996-cı ildən Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin üzvüdür. Cərrah və qastroenteroloqların ilk konqresi də məhz 1997-ci ildə ölkəmizdə keçirilib.

Assosiasiyasının sədri beynəlxalq konqresdə Avstraliya, ABŞ, Türkiyə və başqa ölkələrdən gələn tanınmış mütəxəssislərin qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlarını qeyd edib. O, eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışların nəzərdə tutulduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.