MƏDƏNİYYƏT


Özbəkistanın Kokand şəhərində keçirilən festivalda Azərbaycan da iştirak edir

Daşkənd, 11 sentyabr, AZƏRTAC

Özbəkistanın Kokand şəhərində Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festivalda dünyanın 60 ölkəsindən gələn sənətkarlar, bu sahənin ekspertləri iştirak edir.

Azərbaycandan isə bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar sentyabrın 15-dək Azərbaycanda işlənən xalq tətbiqi sənət nümunələrini nümayiş etdirəcəklər.

Sentyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçiriləcək. Açılışda Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.