CƏMİYYƏT


Filippində ilin əvvəlindən bəri mindən çox insan denge qızdırmasından ölüb

Bakı, 11 sentyabr, AZƏRTAC

Cari ilin əvvəlindən bəri Filippində denge qızdırmasından ölənlərin sayı min nəfəri ötüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Enrike Dominqo bildirib.

Onun sözlərinə görə, yanvarın 1-dən avqustun 24-dək olan müddətdə ölkədə denge virusuna 249 min yoluxma halı qeydə alınıb. Bunlardan 1021-i ölümlə nəticələnib. Epidemiya qurbanlarının təqribən 40 faizi 5-9 yaş arası uşaqlardır.

Məmur qeyd edib ki, Səhiyyə Nazirliyi qızdırmanın bütün ölkə ərazisində baş qaldırmasını avqustun 6-da elan edib. Onun sözlərinə görə, epidemik vəziyyət hələ nəzarətə alınmayıb. Mütəxəssislər yaxın aylarda yoluxmaların və ölüm hallarının artmaqda davam edəcəyini gözləyirlər. E.Dominqo əhalini daha ehtiyatlı olmağa və ağcaqanadlarla vaxtında mübarizə tədbirləri aparmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.