ELM VƏ TƏHSİL


Rəşad Tağıyev: Prezident təqaüdü şagirdlər arasında sağlam rəqabətin formalaşmasına stimul yaradır

Bakı, 11 sentyabr, AZƏRTAC

Tələbə adını qazanan məzunlarımızın Prezident təqaüdünə layiq görülməsi şagirdlər üçün stimuldur.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

O qeyd edib ki, tədris ili ərzində şagirdlər arasında müxtəlif müsabiqələr, bilik yarışları keçirilir. Bütün bu proseslərin yekunu buraxılış və ali məktəblərə qəbul imtahanlarıdır. 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində yerləşən məktəblərin məzunları kifayət qədər yüksək nəticələrlə yadda qaldılar, seçdikləri ali təhsil müəssisələrinin tələbəsi oldular.

Prezident İlham Əliyev hər il olduğu kimi, bu il də yüksək nəticələr göstərən tələbələrin Prezident təqaüdünə layiq görülməsi haqqında Sərəncam imzaladı. Təqaüdçülərdən 47 nəfəri Bakı şəhərində yerləşən məktəblərin məzunudur.

“Prezident təqaüdü tələbələrin sosial həyatına müsbət təsir göstərir, onlara mənəvi dəstək olur. Şagirdlər arasında sağlam rəqabətin formalaşmasına təkan verir”, - deyə Rəşad Tağıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.