CƏMİYYƏT


Sərnişinlərin təhlükəsizliyinin təmini ən başlıca amildir

Bakı, 11 sentyabr, AZƏRTAC 

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci taqımının təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarındakı şəhərlərarası avtovağzallarda sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüşlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komplekslərdə sürücülərin iş qrafiki, tibbi müayinə və istirahət otaqları ilə tanış olan Yol Patrul Xidməti Alayının inspektorları bildiriblər ki, məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi və ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılmasıdır. Sürücülərə yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə riayət etmələrinin zəruriliyini bildirən polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə etməzdən əvvəl tibbi müayinədən keçmək, yollarda sürət həddini aşmamaq, yorğun halda nəqliyyat vasitələrini idarə etməmək barədə tövsiyələr veriblər.

Görüşlərdə sürücüləri maraqlandıran suallar inspektorlar tərəfindən ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.