İDMAN


Dastin Porye Konor Makqreqor ilə döyüşmək istəyir

Bakı, 11 sentyabr, AZƏRTAC

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılarından hesab edilən Dastin Porye irlandiyalı Konor Makqreqor ilə revanş döyüşü keçirmək istəyir.

AZƏRTAC xəbər verir ki, amerikalı idmançı bu barədə özünün “Twitter”dəki səhifəsində bildirib. “Düşünürəm, indi mənimlə Konor arasında revanş qarşılaşması olmalıdır”, - deyə D.Porye yazıb.

İdmançılar 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Həmin döyüşdə K.Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə D.Porye Rusiya təmsilçisi Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətdən sonra UFC-nin müvəqqəti çempionu titulundan məhrum olub.

D.Porye aprelin 14-də həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və müvəqqəti çempion titulunu qazanıb. Otuz yaşlı D.Poryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.