ELM VƏ TƏHSİL


Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə zərgərlik ixtisasına tələbə qəbul davam edir

Bakı, 12 sentyabr, AZƏRTAC 

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə zərgərlik ixtisası üzrə tələbə qəbulu davam edir.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənədlər 9 illik təhsil bazasından qəbul olunur. Təhsil müddəti 3 ildir. Mərkəzi bitirənlərə sonda attestat və diplom veriləcək.

Sənəd qəbulu 18 nömrəli peşə liseyində yaradılmış Apelyasiya Komissiyasında aparılır.

Xatırladaq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyasına sentyabrın 13-dək saat 10:00-18:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.