MƏDƏNİYYƏT


Şanxayın Böyük teatrında “Yevgeni Onegin” tamaşası anşlaqla qarşılanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Şanxayın Böyük teatrında P.İ.Çaykovskinin “Yevgeni Onegin” tamaşası təqdim edilib. Bu zaman 1600 nəfərlik teatrın geniş zalı tamamilə dolu olub.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Puşkinin əsərindən götürülmüş Tatyana və Oneginin uğursuz sevgisi tamaşaçılara böyük təsir bağışlayıb və üç saat davam edən tamaşa zamanı onların diqqəti bir anlıq da olsun səhnədən kənarda qalmayıb.

“Mən çox razı qaldım. Çinlilər əsəri hiss etməyi bacarırlar”, -deyə tamaşanın quruluşçu rejissoru və opera truppasının bədii rəhbəri Aleksandr Titel bildirib.

Onun sözlərinə görə, tamaşada heç bir müharibə, ekstremal hadisələr yoxdur. Burada söhbət bir ailənin həyatından gedir. Tamaşaçıya yalnız diqqətlə qulaq asmaq qalır. “P.İ.Çaykovskinin özü Onegin janrını opera adlandırmayıb, “lirik səhnələr” kimi təyin edib. Bu isə yüksək səviyyədə diqqət, hadisələri yaşamaq tələb edir”, -deyə A.Titel əlavə edib.

Qeyd edək ki, sentyabrın 13-ü və 14-də “Yevgeni Onegin” əsəri Şanxayda daha iki dəfə də təkrarən nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.