İDMAN


Azərbaycanın paralimpiyaçı üzgüçüsü dünya çempionatında ikinci medalını qazanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Roman Saleh Londonda keçirilən dünya çempionatında ikinci medalını qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, idmançımız üzgüçülüyün sərbəst növündə 50 metr məsafəyə üzmə yarışında 24,32 saniyə nəticə ilə bürünc medala sahib olub.

Yarışda ilk iki pillədə Ukrayna təmsilçiləri yer alıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan təmsilçisi dünya çempionatında arxasıüstə üzgüçülük yarışlarında ikinci yeri tutaraq “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.