İDMAN


“Tokio 2020” Paralimpiya Oyunlarında qaçqınlar komandası da iştirak edəcək

Tokio, 12 sentyabr, AZƏRTAC

Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) məlumatına görə, 2020-ci ildə Tokioda keçiriləcək Paralimpiya Oyunlarında qaçqınlar komandası da iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu BPK-nin prezidenti Endrü Parsons NHK telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Tokioda 4-dən 8-dək qaçqın paralimpiyaçının yarışacağı gözlənilir.

Xatırladaq ki, iki qaçqın paralimpiyaçı idmançıdan ibarət komanda ilk dəfə “Rio 2016” Paralimpiya Oyunlarında iştirak edib.

E.Parsons deyib ki, Tokioda yarışacaq idmançıların seçkisi ilə əlaqədar beynəlxalq idman federasiyaları ilə müzakirələr aparılır. Tokioda təşkil ediləcək Paralimpiya Oyunlarına hazırlıq işləri əvvəlkilərdən yaxşıdır. Paralimpiya Oyunları üçün ən böyük problem nəqliyyat məsələsidir. Təşkilat komitəsi ilə yerli hakimiyyət orqanlarının birgə fəaliyyəti şəhərdə nəqliyyatın hərəkətinə mənfi təsirləri azalda bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.