CƏMİYYƏT


Siqaret qutusundan psixotrop maddə aşkarlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Siqaret qutusundan psixotrop maddə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb. Nəticədə ona məxsus 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.