CƏMİYYƏT


Azərbaycan və Sverdlovsk ombudsmanları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Müvəkkil Elmira Süleymanova Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində həmin vilayətin ombudsmanı Tatyana Merzlyakova ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil ölkədə insan hüquqlarının səmərəli təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar, digər dövlət qurumları ilə yanaşı, Azərbaycan ombudsmanının bu prosesdəki rolu, fəaliyyət istiqamətləri, milli preventiv mexanizm, əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla bərabər, vətəndaş cəmiyyəti institutları və yerli icmalarla birgə görülən işlər barədə ətraflı məlumat verib.

T.Merzlyakova Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini, habelə Sverdlovsk vilayətində yaşayan azərbaycanlıların müraciətlərinin nəzarətdə saxlanıldığını, səlahiyyətləri çərçivəsində bu şəxslərə mümkün köməklik göstərildiyini qeyd edib. O, insan hüquqlarının müdafiə mexanizmlərinin inkişafına yönəldilmiş, qarşılıqlı hörmət və etibar əsasında həyata keçirilən birgə fəaliyyətə görə müvəkkilə öz minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan və Sverdlovsk ombudsmanları arasında mövcud əməkdaşlıq sazişi çərçivəsində milli və beynəlxalq normalar nəzərə alınmaqla görülmüş işlər təhlil edilib, gələcək birgə fəaliyyətin yeni istiqamətləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.